lirikku.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #
.

Lirik Lagu Promete – Uğurun Formulu


By: Admin | Artist: P promete | Published: 2024-13-05T13:47:45:00+07:00
Lirik Lagu Promete – Uğurun FormuluLirikku.ID - Lirik Lagu Promete – Uğurun Formulu: Halo Lirikku.ID, Dalam konten ini, kami menyediakan chord gitar untuk lagu "Lirik Lagu Promete – Uğurun Formulu" yang dinyanyikan oleh Toton P promete. Dengan chord yang disajikan, pemula atau penggemar musik dapat dengan mudah memainkan lagu ini dengan gitar mereka sendiri. Kami menyajikan chord dengan akurasi tinggi sehingga pemain dapat mengikuti alunan musiknya dengan baik. Juga, kami akan memberikan informasi tambahan mengenai lirik lagu dan mungkin beberapa tips untuk menyempurnakan permainan gitar. Konten ini cocok untuk penggemar musik yang ingin belajar lagu baru atau bagi mereka yang ingin menikmati kesenangan bermain musik dengan gitar. Silahkan disimak Lirik Lagu Promete – Uğurun Formulu Berikut Dibawah ini untuk Selanjutnya.

[bənd 1]
hamı kimi mən də ara bir çıxa bilirəm yoxa
əsas odur, tamaşaçı qayıdanda baxa
həll etmir bu məsələni “pr” və marketinq
yaradıcı adam satılmır küncündə marketin

bu deyil pul və alınmır kreditlə
düz mütənasiblə arxanca itlər
ola bilər “fake” olub bəyənilmək
amma gec~tez bil ki, bunu tutacaq kütlə
tök lap sağ~sola, sonra pulu gecdir
hörmətdən düşənlər siratdan da keçmir
bütün ətrafını itirmək təhlükəsi
səni sevəcək narkotik həblər və içki

kömək olmur belə də kitab və musiqi
həyat olur bərpa olunmaz bir zibil
nə qədər çalışıb özünü təmizə gətirmək istəsən də
əskik olmur sonra həyatında zir~zibil

[nəqərat]
hey! nə qədər qaç, qaç, tapacaq
sətirin mühərrikdir, istedadın yanacaq
pul da olacaq, lap dalınca qaçacaq
əsas odur yerində qalsın ədəb, qanacaq

hey! nə qədər qaç, qaç, tapacaq
sətirin mühərrikdir, istedadın yanacaq
amma aşılamasan, məcraya salmasan
da da dağıdacaq, axırına çıxacaq

[bənd 2]
uğura aparan yollar var, amma bu yollar dar
sən bu yolda görəcəksən fərqli~fərqli insanlar
nə qədər insan var, o qədər də düşüncə
hisslərini bağla qıfıla, sonra at uzaq küncə
üzünü indidən unutsun, evdə anan və atan
əlvida deyib qayıtma hələ ki, şəxsi həyata
gündüzlər gecə olacaq, gecələr isə sabah
seçim edəcəksən – uğur, ya yumşaq yataq?

bu uğurun formulu başqa cürə olmur, yox!
bir dəfəlik yadda saxla qoca ağac solmur, yox!
əgər kök gedibsə, dərinə çətin ki, çıxa
amma unutma, bu ağacı da tapılar yıxan

bil ki, yetişdirir komandası lideri
komandada olmalı hər kəsin öz yeri
hamının yerinə işləyəcəksənsə tək özün
axıra qalarsan bir sümük, bir dəri

[nəqərat]
hey! nə qədər qaç, qaç, tapacaq
sətirin mühərrikdir, istedadın yanacaq
pul da olacaq, lap dalınca qaçacaq
əsas odur yerində qalsın ədəb, qanacaq

hey! nə qədər qaç, qaç, tapacaq
sətirin mühərrikdir, istedadın yanacaq
amma aşılamasan, məcraya salmasan
da da dağıdacaq, axırına çıxacaq
[bənd 3]
nəyi pisdir gündə səkkiz saat işləməyin?
heç nəyi. sadəcə mənim gəlmir işləməyim
mən öyrəşməmişəm kimin üçünsə işləməyə
ya da boş~boş vaxt itkisinə “iş” deməyə

mənimçün var ətraf və var vurulası hədəflər
beş il sonra bilirəm, olacam hansı hədəfdə
düzdür, biz cızdığımız bəzən olmur alın yazısı
amma hər halda bilirəm, nə gəlir hansı tərəfdən

sətirim indi bir az bəlkə təkkəbür dolu görünür
hər kəs görür öz içindəkini ətrafda
bütün uğurluların uğurunda şeytanın rolu görünür
hər kəs görür öz içindəkini ətrafda

mənə bir mikrofon və bir qələm bəsdir ki
bildiklərimi qulaqlara edim təslim
bu həqiqət ömür boyu mənimlə addımlayır
fərqli şeydir ~ tərbiyəsizlik və tərslik

[nəqərat]
hey! nə qədər qaç, qaç, tapacaq
sətirin mühərrikdir, istedadın yanacaq
pul da olacaq, lap dalınca qaçacaq
əsas odur yerində qalsın ədəb, qanacaq

hеy! nə qədər qaç, qaç, tapacaq
sətirin mühərrikdir, istedadın yanacaq
amma aşılamasan, məcraya salmasan
da da dağıdacaq, axırına çıxacaq


Saksikan Video Lirik Lagu Promete – Uğurun Formulu Berikut ini..


Lirik lagu lainnya: