lirikku.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #
.

Lirik Lagu Orkhan zeynalli – Atalar Və Oğullar


By: Admin | Artist: O orkhan zeynalli | Published: 2024-14-05T03:07:05:00+07:00
Lirik Lagu Orkhan zeynalli – Atalar Və OğullarLirikku.ID - Lirik Lagu Orkhan zeynalli – Atalar Və Oğullar: Halo Lirikku.ID, Dalam konten ini, kami menyediakan chord gitar untuk lagu "Lirik Lagu Orkhan zeynalli – Atalar Və Oğullar" yang dinyanyikan oleh Toton O orkhan zeynalli. Dengan chord yang disajikan, pemula atau penggemar musik dapat dengan mudah memainkan lagu ini dengan gitar mereka sendiri. Kami menyajikan chord dengan akurasi tinggi sehingga pemain dapat mengikuti alunan musiknya dengan baik. Juga, kami akan memberikan informasi tambahan mengenai lirik lagu dan mungkin beberapa tips untuk menyempurnakan permainan gitar. Konten ini cocok untuk penggemar musik yang ingin belajar lagu baru atau bagi mereka yang ingin menikmati kesenangan bermain musik dengan gitar. Silahkan disimak Lirik Lagu Orkhan zeynalli – Atalar Və Oğullar Berikut Dibawah ini untuk Selanjutnya.

[bənd 1] [orkhan zeynalli]
salam, oğul, çoxdandır görüşmürük
çayın soyumamış götür, nə verim şəkər yoxsa qənd?
buranın havası yəqin bir az ağır sənə
bir~iki gün də qal, sonra düzün de, şəhər yoxsa kənd?

burada keçib uşaqlığın, yaxşı~pis böyütdüm səni
səmimi de, dadmısan heç burada zəhər yoxsa qəm?
bir qarış çörək, ən əsası halal zəhmətlə
hər bir qonşu, qohum adımı çəkir hörmətlə
sənin atan olmaq ~ ayağıma uzun yorğan elə bil
inan, çox qaldım şərəf, pul, seçim arasında
bəlkə düz deyirdin, bəlkə doğrudan elədi
yəqin mənəm günahkar ki, oğlum yetim anasından

bu əllər bilmir ~ nədir oğurluq, nədir namərd hərəkəti
amma səni hər ehtiyac içində görəndə qanadım əyilir
qiblə adlandırdığım qazancların yox bərəkəti
sanki o kişinin şəkli ilə bir getdi manatın dəyəri

sabahı düşün, oğul necə bir nəsil yetişər
bu günkü gəncliyin xəmirini pul yoğursa?
cəmiyyət xətrinə ailə, qohumlar xətrinə övlad
atalar aciz qalacaq, bir gün oğullar qul doğulsa

[nəqərat] [nazryn]
sənin əlin əlimdədir, sənə hissim dərindədir
amma burax əlimi, buradan tək gedirəm, ata

sənin əlin əlimdədir, sənə olan hissim dərindədir
amma burax əlimi, buradan tək gedirəm, ata

bağışla, mən böyüdüm…

sənin əlin əlimdədir, sənə hissim dərindədir
amma burax əlimi, buradan tək gedirəm, ata
sənin əlin əlimdədir, sənə olan hissim dərindədir
amma burax əlimi, buradan tək gedirəm, ata

bağışla, mən böyüdüm…

[bənd 2] [orkhan zeynalli]
salam, ata, görməyəli heç dəyişmədin
çayım qoy soyusun, isti günlər xatirəsinə
başa düş, rahatlığa fərq etmir şəhər yoxsa kənd
həyatın şirinliyinə təsir etmir şəkər yoxsa qənd

böyütdün, razıyam, amma öyrətmədin məğzi ki
bu dünyada gözdən sala bilər hamını bir səhv
öyrətmədin əsas qanunu, əsas dərsi ki
bu həyatda ya sən, ya səni, ya da hamını kimsə

halal zəhmət, pul niyə? ~ cənnətə getmək üçün
başqaları yığır altına, cənnətini tikmək üçün
vitrində oyuncağa baxan övladın yanında sıxılmaq
ədalət boş şeydir, yoxsa yanında sıfırlar

bu dörd divardan kənardakı hörmət gərəksizdir
əgər bu dörd divarın içində həyat yerlə~yeksan
düzün de çirkli pulla xəstə anamı xilas etmək?
yoxsa təmiz pulla dəfn edib ona vermək ehsan?
bəlkə də demək asan, bilirəm sənə də çətindir
niyə isə yaxşı insan olmağı sənətə çevirdin
həyatın sahibi olmaq, içim alışıb onla indi
eybi yox, deməsinlər gedəndən sonra “heyif, yaxşı oğlan idi…”

[nəqərat] [nazryn]
sənin əlin əlimdədir, sənə hissim dərindədir
amma burax əlimi, buradan tək gedirəm, ata

sənin əlin əlimdədir, sənə olan hissim dərindədir
amma burax əlimi, buradan tək gedirəm, ata

bağışla, mən böyüdüm…

sənin əlin əlimdədir, sənə hissim dərindədir
amma burax əlimi, buradan tək gedirəm, ata

sənin əlin əlimdədir, sənə olan hissim dərindədir
amma burax əlimi, buradan tək gedirəm, ata

bağışla, mən böyüdüm…


Saksikan Video Lirik Lagu Orkhan zeynalli – Atalar Və Oğullar Berikut ini..


Lirik lagu lainnya: