lirikku.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #
.

Lirik Lagu Nara the Kaseta - Sən


By: Admin | Artist: N nara the kaseta | Published: 2024-06-07T23:56:07:00+07:00
Lirik Lagu Nara the Kaseta - SənLirikku.ID - Lirik Lagu Nara the Kaseta - Sən: Halo Lirikku.ID, Dalam konten ini, kami menyediakan chord gitar untuk lagu "Lirik Lagu Nara the Kaseta - Sən" yang dinyanyikan oleh Toton N nara the kaseta. Dengan chord yang disajikan, pemula atau penggemar musik dapat dengan mudah memainkan lagu ini dengan gitar mereka sendiri. Kami menyajikan chord dengan akurasi tinggi sehingga pemain dapat mengikuti alunan musiknya dengan baik. Juga, kami akan memberikan informasi tambahan mengenai lirik lagu dan mungkin beberapa tips untuk menyempurnakan permainan gitar. Konten ini cocok untuk penggemar musik yang ingin belajar lagu baru atau bagi mereka yang ingin menikmati kesenangan bermain musik dengan gitar. Silahkan disimak Lirik Lagu Nara the Kaseta - Sən Berikut Dibawah ini untuk Selanjutnya.

[bənd 1]
gün batır, ay doğur, yenə gecə çökübdür
gözlərimə xülya görünür
səni sevən biri sevir yaradandan ötrü
sənsiz ruhum ölüb, sadəcə ürək döyünür

sən elə bilirsən həyat sənə çətindir
gedirsən, deyirəm, “nə olar, burax qəlbimi”
dilim “get” deyir, ürəyim tamam əksini
sıxıb nəfsimi, tələb edirəm həbsimi

sanki sən, sən, sən, sən, sən
həyatım sən, sən, sən, sən, sən
qaranlıq sən, sən, sən, sən, sən
azadlıq sən, sən, sən, sən, sən

buradan tək çıxış yolum
ya sən, ya ölüm əzrayıl olub
öldürməlisən məni sən
göz yaşında boğulan insan mən
toxunuşunla yenidən doğulan insan mən

[nəqərat]
sənsən cənnətim, sənsiz cənnəti neylərəm?
qızıl qəfəs nədir, sənsiz azadlıq libası geyinmərəm
yalanları gəl soyunaq, doğrular içində qoy biz boğulaq
dərdlərdən məni gəl apar, səni dünyaya dəyişmərəm
sənsən cənnətim, sənsiz cənnəti neylərəm?
qızıl qəfəs nədir, sənsiz azadlıq libası geyinmərəm
yalanları gəl soyunaq, doğrular içində qoy biz boğulaq
dərdlərdən məni gəl apar, səni dünyaya dəyişmərəm

[bənd 2]
sənə yazılan sətirlər ola bilməz süni
bunu bil…
sən və mən deyil, bu oyun bizdən ibarət
sanki iki bədəndə bir ruh edir səyahət

baxıram güzgüyə öz özümlə baxışıb
baxışına dözə bilmir, ürək alışır
ağ~qara həyata rənglər sənlə qarışır
deyə ürək sənsiz həyatla barışmır

səni sənə yazıram, küləyə səndən danışıram
ümid edirəm külək buluda səndən danışar
buludlar yağışa dönüb üzərinə yağacaq
külək əsdikcə durub sənə səndən danışacaq

tanrının qəzəbi, əvəzsiz əsəri
tək sən, mən, tək sən, mən
hər sədləri, sərhədləri
tək sən, mən, tək sən, mən
nəbzimin səbəbi sərt və əsəbi
tək sən, mən, tək sən, mən
tilsimin son həddi belə bizə tərsdir
tək sən, mən, tək sən, mən

[nəqərat]
sənsən cənnətim, sənsiz cənnəti neylərəm?
qızıl qəfəs nədir, sənsiz azadlıq libası geyinmərəm
yalanları gəl soyunaq, doğrular içində qoy biz boğulaq
dərdlərdən məni gəl apar, səni dünyaya dəyişmərəm

sənsən cənnətim, sənsiz cənnəti neylərəm?
qızıl qəfəs nədir, sənsiz azadlıq libası geyinmərəm
yalanları gəl soyunaq, doğrular içində qoy biz boğulaq
dərdlərdən məni gəl apar, səni dünyaya dəyişmərəm

[çıxış]
sənsən cənnətim
qızıl qəfəs nədir
yalanları gəl soyunaq
doğrular içində qoy biz boğulaq
gəl apar, səni dünyaya dəyişmərəm


Saksikan Video Lirik Lagu Nara the Kaseta - Sən Berikut ini..


Lirik lagu lainnya: