lirikku.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #
.

əlvida - H.o.s.t. alliance Lyrics


By: Admin | Artist: H h o s t alliance | Published: 2024-29-09T13:32:50:00+07:00
əlvida - H.o.s.t. alliance LyricsLirikku.ID - əlvida - H.o.s.t. alliance Lyrics: Halo Lirikku.ID, Dalam konten ini, kami menyediakan chord gitar untuk lagu "əlvida - H.o.s.t. alliance Lyrics" yang dinyanyikan oleh Toton H h o s t alliance. Dengan chord yang disajikan, pemula atau penggemar musik dapat dengan mudah memainkan lagu ini dengan gitar mereka sendiri. Kami menyajikan chord dengan akurasi tinggi sehingga pemain dapat mengikuti alunan musiknya dengan baik. Juga, kami akan memberikan informasi tambahan mengenai lirik lagu dan mungkin beberapa tips untuk menyempurnakan permainan gitar. Konten ini cocok untuk penggemar musik yang ingin belajar lagu baru atau bagi mereka yang ingin menikmati kesenangan bermain musik dengan gitar. Silahkan disimak əlvida - H.o.s.t. alliance Lyrics Berikut Dibawah ini untuk Selanjutnya.

[bənd 1: promete]
yol, uzun bir yol
ömrüm davamlı addımlardır
mənimə hakim kəsilmiş aretmiya
ritmi pozan yoluma girənlərdir
yolumdan çıxanlardır
dünəni unutmaq adət halına çevrilib

xronika amneziya
hər addım yeni yol yoldaşıyla müşayiət
dünən dost olan bu gün artıq mənimlə addımlamır
dünənim bu günümə etmir siraət
deməli azadam, qaranquştək
rahatam, yoxdur dostum
öz yolumda tərk olunmuş tək
dünən bir sevgilim var idi, bir az yoruldu
ot*rdu, ot*rdum, ritm pozuldu
aldım qucağıma, razı olmadı

dedi burax, get!
tərk etdim!
o rahat, mən azad
bir neçə ümid də basdırıldı həmin gün
amma çox tez unuduldu
qulağın məndə olsun
bu dəqiqə sənsən dostum

zamanı dondur, bacarsan
qoy hər şey donsun, ümidlər doğrulsun
günəş sönsün, qaranlıq, boş masa
üstündə bir şam, əldə məktub
üçcə kəlmə yazılı
“gözləmə… bağışla… əlvida…”

[nəqərat: errant]
əlvida, nazlı ümidlərim, əlvida
əlvida, mən gedirəm, amma ağlama
əlvida, yandıraraq körpüləri
gedirəm, sona çatıb əsərim
əlvida, nazlı ümidlərim, əlvida
əlvida, mən gedirəm, amma ağlama
əlvida, yandıraraq körpüləri
gedirəm, sona çatıb əsərim

[bənd 2: qaraqan]
qaranlıq vağzal, heykəl sərnişinlər
bu yerdə neçə ürək qırıldı
neçə sızıltı inlər
belimdə günahlar
torbamın içində sınıq qəlbim
əllərimdə qan
nəyim var ki? məni də məndən aldın

indi boş hədiyyə qutusu kimidir həyat
gözləməkdə hər kəs
öz boş içini bəzəklərlə gizləməkdə
bezdim dəmir qəfəsdəki qanadlı arzudan
taleyimlə püşk oynamaqdan
bezdim ağrıdan

gedirəm qaranlıq şəhərin xəstə küləklərindən
gedirəm məni sevənlərin içindən, ürəklərindən
gedirəm, bu torpaqda bitmədim mən
bu cəmiyyət anlamadı
və gedirəm, ilk qatar hara aparsa, fərqi yoxdur
əlvida, doğma pəncərələr, əlvida
əlvida, ulduzlu gecələr, əlvida
gedirəm…
divardakı rəsmlərimi tullayarsınız
yazdığım şeirləri də kim istəsə paylayarsınız

güldürərsiniz sevgilimi darıxıb ağlayanda
yandırarsınız çadırı kimsə yas saxlayanda
lazım deyil quru hörmət
mənə doğma faciəm
əlvida, sonuncu misra, sənlə bitdi qafiyəm!

[nəqərat: errant]
əlvida, nazlı ümidlərim, əlvida
əlvida, mən gedirəm, amma ağlama
əlvida, yandıraraq körpüləri
gedirəm, sona çatıb əsərim

əlvida, nazlı ümidlərim, əlvida
əlvida, mən gedirəm, amma ağlama
əlvida, yandıraraq körpüləri
gedirəm, sona çatıb əsərim


Saksikan Video əlvida - H.o.s.t. alliance Lyrics Berikut ini..


Random Song Lyrics :

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...

LIRIK YANG LAGI HITS BULAN INI

Loading...