![lirikku.id](/inc/logo.png)
Lirik Lagu Tibu km - Mənzil 17
[bənd 1] [tefo]
gecə oyaq, gündüz yatırdım
içdən gülürdü, ürəyimə yatırdı
gülümsəyəndə yanaqlar batırdı
mən olmayanda yada salardıq
gah ayrı evlərdə, gah da ki, bir qalardıq
ad günü… ya itib batırdım
ya köhnə hədiyyələri satıb, təzəsin alırdım
payız küləyi… əsir həzin
sən yaşıl sevgi, qurtarmır həzzin
nə qədər ki, varsan döyünür nəbzim
deyəsən bu binaydı, hansısa mənzil
məndən uzaq o yoxa alışdı
aparırdılar məni, dedilər yoxlanışdır
sevgilim var ~ dedim, yox idi, yoxlamışdım
bağışla, o üzüyü də səninçün oğurlamışdım
[bənd 2] [tibu]
keyfi damaq, dumanlar
sənə hədiyyə etmək, səhərə qədər qumarlar
ayrı~ayrı şəhərlər, gözləmə gəlişimi
yanına gələn qatarlar, gecikən sərnişinəm
qanlı əl işim, qara gülüm
sevgiliyəm, amma yadımda deyil ad günün
əlini çək və dəymə, sevgini söndür
mən dedim ~ get və gəlmə, demədim məni öldür
sms~lər, ürəyini sancan deyiləm
qapıma yaxın durma, açan deyiləm
qırarsan, döymə bərkdən
bəlkə götürərdim, bir az gözləsəydin xətdə
taleyimizi çəkirdi sərxoş, kor rəssam
ağlama, uzada bilmirəm sənə dəsmal
ayrılıq bəhanə, hisslər vərəqə köçürdü
gəlmişdim məhlənə bu gün, dedilər ki, köçübdür
[nəqərat] [tefo]
dağılmış çarpayı
tüstüdən görsənmir bayır
olmadı oxşarın, tayın
sənsiz keçirmək bu yayı
dağılmış çarpayı
tüstüdən görsənmir bayır
olmadı oxşarın, tayın
sənsiz keçirmək bu yayı
Lirik lagu lainnya:
- lirik lagu dennis waterman - stuck in the middle with you
- lirik lagu nicole reynolds - france
- lirik lagu everson poe - abandon the mask
- lirik lagu jang woo-hyuk - luv (she) (럽 (she))
- lirik lagu organismen - tills du kommer
- lirik lagu fbmking - you and me
- lirik lagu teawhyb - gin & jealousy
- lirik lagu leo hainer - você
- lirik lagu k camp - what's the rush
- lirik lagu йайо (lil yayo) - спокойной ночи (good night)